Məşhur müğənni oğlu tərəfindən döyülüb
Tarix: 8-03-2018, 09:55


50 yaşlı model və aktrisa Pamela Andersonun keçmiş əri, rokçu Tommi Li böyük oğlu Brendon tərəfindən döyülüb.
UlduzumSan.Az xəbər verir ki, 55 yaşlı rokçu bu barədə sosial mediada şəkil paylaşaraq məlumat verib.
O, dodağının partlamış fotosunu izləyiciləri ilə bölüşüb və yazıb:
“Qəlbim çox qırılıb. Həyatın boyu övladlarına istədiklərini verirsən, sonda sənə qarşı çıxa bilərlər. Afərin, Brendon”.
Qeyd edək ki, fotomodel Tommi ilə 1995-98-ci illərdə ailəli olub. Onların bu nikahdan 2 oğulları var.



Paylaş: