Xalq artisti keçmiş həyat yoldaşı haqda: “Məni və övladını ataraq başqa oğlanla qaçıb”
Tarix: 5-03-2018, 11:51


Xalq artisti Səməd Səmədov haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Ötən həftə keçmiş yoldaşı  Zərifə xanımın “Xəzər maqazin”ə verdiyi açıqlamaları təkzib edən xalq artisti bunları deyib
“Bəli, illər öncə birinci həyat yoldaşımdan olan övladım dünyasını dəyişib. Allah ölənlərə rəhmət eləsin.
Zərifə xanımla 7 il ailəli olduq. Sonra isə ayrıldıq. Uşaq mənimlə qaldı. Qırmızı pencəklə yasa gəlməyim isə tamamilə yalandır. Müsəlman olan biri bunu necə edər?  Görün mənə necə paxıllıq edir ki, qara yaxmaq istəyir. Əslində özü məni və övladını ataraq başqa oğlanla qaçıb.
Nəvələrimin canına adn içirəm ki, birinci evliliyimdən olan oğlum hazırkı yoldaşıma ana deyirdi”.
Prime-Time

Paylaş: