Fahriye ilə Burakın arasına qara pişik girdi
Tarix: 3-03-2018, 11:27


Türkiyənin məşhur aktyor cütlüyü Fahriye Evcenlə Burak Özçivitə nəzər dəyib.
Evliliklərinin hələ birinci ili tamamlanmayan cütlük dava edib, danışmadıqları iddia edilib.
Eyni evdə iki yad insan kimi olduqları deyilən cütlüyün ilk problemləri ötən həftə “GQ”-nın keçirdiyi mükafat gecəsində ortaya çıxıb.
Belə ki, B.Özçivit F.Evcenlə araları dəydiyi üçün mükafat gecəsində təkbaşına iştirak edib. Aktyor jurnalistlərə Fahriyenin işi olduğu üçün gecəyə qatılmadığını bildirib.
Lakin Fahriye həmin gün evindən şəkil paylaşaraq televizora baxdığını bildirib.
Yalanı ortaya çıxan Burak Özçivit həyat yoldaşının hərəkətinə çox əsəbləşib.


 



Sözügedən paylaşımdan sonra cütlüyün arasında ikinci böyük mübahisə baş verib.
Fahriye Evcen paylaşdığı şəkli dərhal silib.
Prime-Time

Paylaş: