Aybəniz Haşımova fəryad etdi: “Onu Əzrayılın əlindən ala biləydim...”
Tarix: 3-03-2018, 10:56


“Ömrümdə ilk dəfədir ki, aciz qalıram”.
AzNews.az xəbər verir ki, bunu əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərin ölümündən danışarkən deyib. Sənətkarın sözlərinə görə, Tahir Əkbərə göstərilən dövlət qayğısından sonra onda sağalacağına böyük ümid yaranmaışdı:
“Tahir müəllimin sağlamlığında cox ciddi problemlər yaranmışdı. İlk beyin əməliyyatından sonra vəziyyəti tez-tez dəyişirdi. Ümidlərin ölməməsi üçün insan özünə bir ip ucu axtarır. O ümid neçə müddət idi ki, onun özü kimi sevənləriini də möcüzəyə inandırırdı. Buna həm inanırdım, həm də...
Onu hər dəfə görəndə ürəyim tap gətirmirdi. Evə gəlib otağımda gizlin-gizlin ağlayırdım. Ona kömək edə bilmədiyim üçün çox üzülürdüm. Kaş ki, əlimdə olsaydı... onu Əzrayılın əlindən ala biləydim... amma mümkünsüz idi. Atam da belə ölmüşdü. Mehriban xanım Əliyeva ona ilk yardım əlini uzadandan sonra mərhum çox sevinmişdi. Hətta inanırdı ki, ölməyəcək”.
Aybəniz Haşımova Tahir Əkbərin sağlığında layiqli qiymətini almamasını vurğulayıb: “Bu da son... bu vəfasız dünyadan canı qurtardı. Onu nəğmələri yaşadacaq. Hərçənd ki, onun necə bir sənətkar olduğunu rəhbərliyə olduğu kimi çatdırmadılar. Yaradıcılığına yüksək mükafatlar veriləcəyi arzuları ilə dünyadan köcdü. Kaş ki, belə olmayaydı. Sağlığında görəydi ki, onun əvəzsiz nəğmələri mükafatlara layiq görülüb. Kaş ki, sağlığında özündən qat-qat aşağı və musiqimizə zorla sırınanların yanında boynubükük qalmayaydı. Yadımdadır, “Xalq ulduzu” yarışması gedən vaxtlarda fəxri ada layiq görülmüşdüm. Mənə dedi ki, “daha bu ildən yarışmaya gəlməyəcəm”. Səbəbini soruşanda dedi ki, “hamınızın fəxri adı var, mənim yox. Sizin yanınızda pərt olacam”. Onun bu sözünə çox üzüldüm. Dedim ki, sən narahat olma, xahiş edərəm aparıcıdan, mənim fəxri adımı söyləməsin.
Getdi... heç olmasa, bu son anında Tahir Əkbər layiq olduğu Fəxri Xiyabanda dəfn edilsin”.
Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də dünyasını dəyişib.

Paylaş: