Tahir Əkbərin SON VƏZİYYƏTİ: "Həkimlərin səylərinə baxmayaraq..."
Tarix: 1-03-2018, 13:07


Tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti yenidən pisləşib.

Bu barədə unikal.org-a bəstəkarın həyat yoldaşı məlumat verib.

Bildirib ki, hazırda T.Əkbərin vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanımın tapşırığından sonra müayinə və müalicə aparıldı. Həkimlərin səylərinə baxmayaraq, səhhətində heç bir irəliləyiş yoxdur. Günü-gündən durumu daha da ağırlaşır".

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.

Paylaş: