Anar Nağılbazın keçmiş arvadı canlı yayıma zəng etdi - mesajları ona görə yaydım ki...
Tarix: 1-03-2018, 12:24


Reper Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika arasında qalmaqal bitmək bilmir. Anjelika keçmiş ərinin ona yazdğı mesajları yaymasına aydınlıq gətirib.
GoldNews.az xəbər verir ki, Xəzər TV də yayımlanan "Hər şey daxil" verilişinə zəng edən reperin keçmiş xanımı mesajları yaymaqda məqsədinin uşaqlarının hüquqlarını bərpa etmək olduğunu bildirib.
Qeyd edək ki, ötən gün Anjelika keçmiş ərinin ona yazdığı mesajları yayıb.
Anar keçmiş həyat yoldaşının onu hədələdiyini, təhqir etdiyini bildirib. Anjelika isə reperin dediklərini yalan adlandırıb:
"Anarın yalan açıqlamaları məni bezdirib. Narkomanın ürəyi də zəif olur, halı da pis olur. Bunun mənə nə dəxli? Hədələyən mən yox, hədələnən mən olmuşam. Anarın narkotik istifadəçisi olduğu hamıya məlumdur. Normal həyat tərzi sürmədiyi, uşaqlarına baxmadığı heç kimə sirr deyil. Ona əvvəllər də dozadan artıq narkotik maddə qəbul etdiyi üçün bir deyil, bir neçə dəfə təcili yardım gəlib. Mənim üstümə heç nə atmasın. Reklam istəyirsə, başqa yola əl atsın. Belə boş hərəkətlərlə reklam qazanmasın. Uşaqlarının alimentini ödəsin, onlara yiyəlik eləsin. Həyatda bir dəfə də olsa, adam olsun".

VİDEO BURADA​​​

Paylaş: