Abbas Bağırovun gəlinsiz toyundan İLK FOTOLAR
Tarix: 23-05-2017, 18:24

Bu gün paytaxt məkanlarının birində əməkdar artist Abbas Bağırov özünə kişi toyu edib. Toyunda Lent.az-a açıqlama verən müğənni bildirib ki, özəl gününü mediaya qapalı edir: "Bu gün bura yalnız mənə yaxın olan dostları çağırmışam. Bunlar arasında müxtəlif sahənin adamları var. Onların bir çoxu şəklinin mediada yayılmasını istəmir. Ona görə də qonaqları yalnız "foyedə" çəkmək olacaq. Mən hər bir subaya bu günün qismət olmasını arzu edirəm".
 
Onu da əlavə edək ki, gəlinsiz baş tutan toy saat 16:00-da başlayıb.
 
Qeyd edək ki, aparıcı İlkin Həsəninin aparıcılıq etdiyi toya xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, əməkdar artistlər Baloğlan Əşrəfov, Nurlan Növrəsli, müğənnilər Elçin Hüseynov, Manaf Ağayev, Amil Həsənoğlu, Pərviz Abdullayev, Samir Piriyev, Vaqif Şıxəliyev, aktyorlar Elşən Orucov, Nicat Rəhimov və başqaları gəlib.












Paylaş: