"Varlılar da ağlayır" serialının aktyoru vəfat etdi
Tarix: 1-03-2018, 10:55


Məşhur “Varlılar da ağlayır” teleserialının baş qəhrəmanını oynayan aktyor vəfat edib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, teleserialda aktrisa Veroniko Kastro (Marianna) ilə birgə oynayan Roxelio Qerra Luis (Alberto Salvatyerra)  81 yaşında vəfat edib.
 
Son illərdə Qerra beyin zədələnməsindən əziyyət çəkirdi, o gəzə və danışa bilmirmiş.
 
“Varlılar da ağlayır” serialı 1979-cu ildə İnes Rodinanın eyni adlı romanı əsasında çəkilib. 1990-cı illərdə Bakıda yayımlanan serial yerli tamaşaçıların izlədiyi ilk çoxseriyalı teleseriallardan olub. 

Paylaş: