Aparıcı Ülvira vəzifəyə təyin edilməsindən danışdı
Tarix: 28-02-2018, 17:19


Xəbər verdyimiz kimi, yaxın günlərdə tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə yeni internet televiziyası faəliyyətə başlayır. REAL TV adlandırılacaq kanalın yayımı üçün texniki işlər başa çatdığı qeyd olunur. Məlumatda o da bildirilir ki, ANS-də çalışmış bir sıra tanınmış simaları REAL TV-də görmək mümkün olacaq. Onların arasında uzun müddət ANS telekanalında çalışan aparıcısı Ülvira Qarayevanın adı hallanır.
UlduzumSan.Az xəbər verir ki, bu barədə Sonxeber.az-a danışan Ülvira Qarayeva sözügedən məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
O, yeni fəaliyyətə başlayacaq kanalda çalışmayacağını dilə gətirib.
Tanınmış aparıcı, eyni zamanda, bu yaxınlarda yeni yaradılacaq internet televiziyaya baş prodüser gətirilməsi ilə bağlı yayılan xəbərləri də nə təsdiq, nə də təkzib edib:
O, bu barədə danışmaq istəmədiyini bildirib.

Paylaş: