Tarkan evini yenidən təmir etdirir
Tarix: 28-02-2018, 13:05


Ata olmağa hazırlaşan Tarkan evini yenidən təmir etdirir.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, meqa-star həm İstanbuldakı, həm də Köln şəhərindəki evini təmirə hazırladır. 

Avqustda doğulacaq körpəsinin cinsiyyətini hər kəsdən gizlədən Tarkan otaqları ona uyğun dizayn etdirir. Müğənni həm 3 aylıq hamilə xanımı Pınar, həm uşağı, həm də dayələr üçün ayrı-ayrılıqda otaqlar hazırladır.

Tarkan köhnə mebellərini də yeniləri ilə əvəzlədir.

Paylaş: