Günay: "Zaur 26 ildir ad günü qeyd etmir"
Tarix: 28-02-2018, 10:39


Aparıcı Günay Baxşəliyeva həmkarı həyat yoldaşı Zaur Baxşəliyevi ad günü münasibətilə təbrik edib.
UlduzumSan.Az-ın məlumatına görə, Günay Zaur və qızları Dilavərlə birlikdə çəkilmiş fotosunu "İnstagram" səhifəsində paylaşaraq, ünvanına xoş sözlər yazıb: "Ad günün mübarək, Zaur! Allahıma çox şükür, nə yaxşı həyatımdasan, həyatımın dəyərisən. Ən böyük dayağım, güvəndiyim ən yaxın dostum, dəyərlim, şirin balamın atası, sənə olan arzularımı bilirsən. Allah səni bizə, doğmalarına, əzizlərinə, sənə yaxın olan insanlara, 15 ildir səni çox sevən, yorulmadan hər gün izləyən tamaşaçılarına çox görməsin! 26 ildir ki, bircə də dəfə də olsun, ad gününü qeyd etmədin. Ona görə də məcbur olub toyumuzun ildönümündən şəkil paylaşdım. İnşaallah, torpaqlarımız qayıtsın, növbəti yaşını səni sevənlərlə Qarabağda qeyd edək! Üzün, qəlbin hər zaman gülsün, yüz yaşa. Amin".
Qeyd edək ki, Zaurun doğum günü tarixi Xocalı faciəsinə təsadüf etdiyi üçün heç vaxt keçirmir.




Paylaş: