Emin yeni klipində fərqli obrazda - "Xose Məmmədov" (Video)
Tarix: 7-07-2017, 09:06



Məşhur müğənni Emin Ağalarov “İspaniya. Leto” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Ulduzumsan.Az xəbər verir ki, Emin bu klip üçün maraqlı obraz yaradıb. Uzun saç və saqqallı bu obraz agent Xose Məmmədovdur. Hətta, bu obraz üçün İnstagramda ayrıca səhifə də açılıb.
Müəlliflər bu klipi zarafatca bu yayın ən gözlənilən "blokbasteri" adlandırıb. Əməkdar artist Murad Dadaşov klipdə ifaçının düşməni obrazında çəkilib.
Klip Youtube-da Eminin rəsmi kanalında paylaşılan ilk gün 150 mindən çox baxış sayı toplayıb.



Paylaş: