Sevinc-Sevil onları sənətə gətirən Rozaya qarşı çıxdı: "Oxumasın"
Tarix: 27-02-2018, 11:01


Müğənni Roza Zərgərli və Sevinc-Sevil bacıları arasında olan qalmaqal yenidən alovlanıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən bacılar bir zaman onları bu sənətə gətirən R.Zərgərliyə müğənnilikdən getməyi tövsiyə ediblər:  
 
“İnşallah, onu Acun Ilıcalı tutdursun. Çünki Acunun haqqına girib. Biz o vaxt Türkiyəyə “O səs Türkiyə” yarışmasına gedəndə demişdi ki, qızları ora mən göndərmişəm. Hazırda özü bizi izləyir, başa düşdü ki, söhbət kimdən gedir. Adını çəkməyəcəm. Mən şəxsən o insanın yerinə olsam, heç vaxt mahnı oxumaram. Ola bilər ki, gözəl, cazibədar xanımdı, amma qətiyyən mahnı oxumasın. Oxumasın, biznes ledi olsun”.
 
R.Zərgərlinin də bacılara cavabı gecikməyib: “Mənim barəmdə danışmağa heç kimə icazə vermirəm. Özüm də heç kimin haqqında danışmıram. Mənim bir insanla problemim varsa, onu kamera qarşısında yox, real həyatda çözürəm. Və onun ixtiyarı yoxdur ki, mənim barəmdə danışsın”.
 
Qeyd edək ki, Sevinc-Sevil bacılarını ilk dəfə şou-biznesə “S-Twins” qrupu adı altında gətirən müğənni Roza Zərgərli olub. Bacıların yaradıcılığında ilk təqdim etdikləri “Sev məni” klipinin təqdimat mərasimini də R.Zərgərli etmişdi. Lakin sonradan ifaçıların araları dəyib və illərdir ki, küsülüdürlər.




 

 

Paylaş: