Yeganə Sadıxova Moskva Moda Həftəsinə dəvət olunub
Tarix: 27-02-2018, 08:42



Öz dəst-xətti ilə seçilən "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın Moskvada yeni moda kolleksiyası nümayiş etdiriləcək.
 
Bu barədə UlduzumSan.Az-a məlumat verən modelyer bildirib ki, nümayiş martın 10 - 11-də olacaq. Modelyerin sözlərinə görə, bu barədə təklif Moskvadan gəlib.  "Moskva Fashion Week" MFW  moda sərgisində nümayiş olunacaq kolleksiyadakı bütün geyimlərin parçasını da onun özü yaradıb. 




Paylaş: