Bollivud ulduzunun ölüm səbəbi bilindi
Tarix: 26-02-2018, 17:10


Hindistandan olan aktrisa Şridevinin ölüm səbəbi bəlli olub.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, aktrisa fevralın 24-də 54 yaşında ölüb.
Aktrisa ölümündən öncə Dubaya gəlib. Burada o, qardaşı oğlunun toyunda iştirak edib.
Ölüm şəhadətnaməsində yazılan məlumata görə, Şridevi qəza nəticəsində ölüb. Belə ki, məşhur aktrisa boğulub.
Bəzi media orqanları aktrisanın ürəyi dayanandan sonra su dolu vannaya düşdüyünü bildiriblər.
Şridevinin qanının içərisində spirt tapıldığı da iddia edilir.

Paylaş: