Kadir İnanırdan pis xəbər. İflic qala bilər
Tarix: 26-02-2018, 11:16


“Yeşilçam” əfsanəsi, məşhur türkiyəli aktyor Kadir İnanır gələn həftə əməliyyat olunacaq.
Bu barədə aktyorun həkimi professor Ergun Demirsoy məlumat verib.
O, əməliyyatın son dərəcə riskli olduğunu bildirib: “Apardığımız təhlillərdə beyinə gedən şah damarında ciddi zədə aşkar etdik. Beyinə gedən bir damar olduğu üçün iflic qalma qorxusu var. Çox diqqətli olmaq lazımdır. Əməliyyat öncəsi bütün hazırlıqlar aparılıb. Kadir bəyi istirahət üçün evinə göndərdik, önümüzdəki həftə əməliyyatı həyata keçirəcəyik”.
Qeyd edək ki, Kadir İnanırın fevralın 11-i evində halı pisləşmişdi və xəstəxanaya yerləşdirilmişdi.
Prime-Time

Paylaş: