Ayseldən Xocalı soyqırımı ilə bağlı klip
Tarix: 26-02-2018, 11:07


Müğənni Aysel Məmmədovanın “Xocalı soyqırımı"na aid yeni klipi çəkilib.
Metbuat.az xəbər verir ki, ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək sənətçi “Wistfulness” adlı kompozisiyası ilə Xocalı faciəsində dünyasını dəyişən insanları yad edib. O bildirib ki:


“Bu il “Eurovision” təmsilçisi olmağım mənim üçün bir şans idi. Bu şansdan istifadə etməyə bilməzdim. Bu, vəhşiliyi dünyaya çatdırmaq üçün belə bir mahnı hazırladım.”
Mahnıda kamançanı xalq artisti Fəxrəddin Dadaşov, muğamı isə Vüqar Əliyev ifa edib. İdeya müəllifi Azər Cəfərdir.
Xatırladaq ki, bu gün Xocalı soyqırımından 26 il ötür.



Paylaş: