“Fəlakət”dən Xocalı çağırışı
Tarix: 26-02-2018, 10:54



“Bozbaş Pikçers” komandasının üzvü, Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucov Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan video hazırlayıb.
Kult.az xəbər verir ki, videonu şəxsi İnstaqram hesabında paylaşan aktyor faciənin bir daha təkrarlanmaması üçün insanları Xocalını unutmamağa çağırıb:
“Həmişə məni görəndə gülməyə öyrəşmisiniz, amma içimdə, keçmişimdə nə baş verdiyini bilirsinizmi? Bu gün komediya janrında aktyor Elşən Orucov olmaya da bilərdi. Bu gün mən də həmin faciə qurbanlarının arasında ola bilərdim. Bir daha yaşanmasın deyə, unutmayaq!”



Paylaş: