“Lider”in bu serialı gülüş hədəfi oldu - TV-dən açıqlama
Tarix: 23-02-2018, 16:06


Biz özümüz bu məsələ ilə məşğul olacağıq.
Bu barədə Kult.az-a son vaxtlar tamaşaçıların gülüş hədəfinə çevrilən “Ümid yeri” serialının yayımlandığı “Lider” kanalından verilən açıqlamada bildirilib.
“Bu mövzu ilə bağlı əlavə heç bir söz demək istəmirik”, - kanaldan bildirilib.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkə istifadəçiləri “Lider” kanalında yayımlanan “Ümid yeri” serialı haqda tənqidi fikirlərini yazırlar. İstifadəçilər serialın aktyor heyətinin peşəkar olmamasından və rejissor işinin kefiyyətsiz olmasından şikayət edirlər.
Artıq 15-ci bölümü yayımlanan serialın quruluşçu rejissoru Anar Məmmədəliyev sosial şəbəkədə öz mobil nömrəsini qeyd edərək onu tənqid edənləri “söhbətə” çağırmışdı. Rejissorun bu hərəkətini istifadəçilər gülüş hədəfinə çevirmişdilər.

Paylaş: