Doğuş canlı yayımda üsyan etdi: “Müğənni deyiləm…”
Tarix: 23-02-2018, 16:04


Məşhur türkiyəli müğənni Doğuş Beyaz TV-də həftə içi hər gün yayımlanan “Söylemezsen Olmaz” verilişində qonaq olub.
Doğuş canlı yayımda onu müğənni kimi təqdim edən aparıcı Bilal Özbilceyə əsəbləşib.
O, “Mən müğənni deyiləm, sənətçiyəm. Bir çox müğənnilərə mahnı vermişəm” deyərək etirazını bildirib.
Qeyd edək ki, Doğuş məşhur azərbaycanlı teleaparıcı Xoşqədəm Baxşəliyeva ilə evlidir. Cütlüyün Arda və Arın adında əkizləri var.

VİDEO BURADA​​​

Paylaş: