Könül Xasıyevanın dərdi bilindi — Ev istəyirmiş
Tarix: 23-05-2017, 13:56



Xalq artisti Könül Xasıyevanın müraciətindən sonra ona kömək edən olmayıb.



Bu barədə "Ölkə.Az"a sənətçi özü məlumat verib. Maraqlıdır ki, ötən gün ATV-də yayımlanan "Ondan sonra" verilişində müalicəsi üçün kömək istəyən Xasıyeva bu gün evlə bağlı da danışıb:
"Hələ ki dünən müraciət etmişəm. Ev veriləndə birinci televiziya biləcək, sonra mən. Efirdəki müraciətimdən sonra heç bir xəbər yoxdur. Saytlara danışmaq istəmirəm, sözümü televiziyada demişəm".
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir.



Paylaş: