"Mal, heyvan yanında böyümüşəm, fəxr edirəm" - Azərbaycanlı müğənni
Tarix: 23-02-2018, 11:36



“Mənə deyirlər ki, sən danışma, ancaq oxu”. UlduzumSan.Az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, bir çoxları onun danışıq qabiliyyətini bəyənmir: “Mən kənddən gəlmişəm, orada gördüyüm kimi danışıram. Şəhərdə böyüməmişəm axı. Bu gün “Gələcəm” , “Gedəcəm” deyə bilmərəm. Elə desəm, kənddən məni tanıyanlar deyəcəklər ki, bu qız dəli olub. Bu nə danışıqdı?! Mən bu cür danışığa pis baxmıram. Sadəcə, mən kəndə mal, heyvan yanında böyümüşəm, bununla da fəxr edirəm. Mən pis danışıram ki? Mən danışanda kimsə pis yola düşür? Daha danışığımı dəyişən deyiləm. Dəyişsəm, zülm çəkərəm”. 



Paylaş: