İbrahim Tatlısəs üsyan etdi- "XATIRLANMAQ ÜÇÜN MÜTLƏQ ÖLMƏKMİ LAZIM!"
Tarix: 6-07-2017, 12:26


Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs iyulun 5-də ağciyərlərin xroniki obstruktiv xəstəliyindən dünyasını dəyişən 72 yaşlı aktyor Hakan Balamir üçün etdiyi giley dolu paylaşımla ürəkləri dağladı.
Ulduzumsan.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son illər yaxın dostu Hakan Balamir ilə maraqlanmadığını deyən İbrahim Tatlısəs sosial şəbəkə vasitəsiylə gileyini belə ifadə edib:
“Ən azı 10 ildir ki, bu sənətkardan söz edilmir. Xatırlanmaq üçün mütləq ölməkmi lazım! ALLAH heç kimi kimsəsiz buraxmasın, AMİN … Şöhrətin zirvəsindəykən pof pof pof, yüngül bir səndələnməyə gör, nə olursa məhz o zaman olur DOSTUM.! Budurmu yəni? Ah mənim yaraşıqlı böyük qardaşım ah … Allahın rəhməti üzərindən əksik olmasın … Məkanın cənnət olsun! Hakan Balamir ..”

Paylaş: