"Hələ ki heç bir yeni qərar yoxdur"
Tarix: 6-07-2017, 11:27


Son günlər "O səs Türkiyə"nin münsiflər heyətinin dəyişəcəyi, Yıldız Tilbenin komandaya daxil olması barədə xəbərlər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramın aparıcısı Acun İlıcalı Tvitterdə bununla bağlı açıqlama yayıb. O, TV8-də yayımlanan "3 Adam"ın da bağlanacağı barədə xəbərlərə aydınlıq gətirib.

"3 Adam"la da, "O səs Türkiyə" münsiflər heyəti ilə də yeni mövsümlə bağlı görüşməmişik və hələ ki heç bir yeni qərar yoxdur".

Paylaş: