Nazpəri Dostəliyeva Azərbaycan xalqını İlham Əliyevə səs verməyə çağırdı
Tarix: 21-02-2018, 15:02


Xalq artisti Nazpəri Dostəliyeva Azərbaycan xalqını İlham Əliyevə səs verməyə çağırdı.
Əziz və dəyərli Azərbaycan xalqı! Hörmətli həmvətənlərim!
Bildiyiniz kimi aprel ayının 11-də ölkəmizdə prezident seçkiləri olacaq. Bu şərəfli və məsuliyyətli iş bizim çiyinlərimizdədir.ş Elə bir layiqli namizəd seçməliyik ki, Azərbaycan xalqının taleyini ona etibar etmək olsun. Eyni zamanda Azərbaycan xalqına sədaqətlə, vicdanla xidmət etsin. Ölkənin siyasətini, iqtisadiyyatını düzgün yönəldən, yeraltı və yerüstü sərvətlərimizi göz bəbəyi kimi qoruyan, Ordumuzu dünyanın güclü və qüdrətli orduları sırasına qoşan, Qarabağı geri qaytarmaq əzmini hər daim ən yüksək tribunalardan bəyan edən, eyni zamanda millli maraqlarımızı, mədəniyyətimizi, milli mənafeyimizi, mentalitetimizi prioritetə çevirən belə bir layiqli namizəd sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarıdır. İlham Əliyev prezidentlik fəaliyyəti dövründə Azərbaycanı bütün dünyada tanıtdırıb.
Mən, Azərbaycan Respublikasının xalq artisti Nazpəri Dostəliyeva sizi, bütün Azərbaycan xalqını prezidentliyə namizəd İlham Əliyev cənəblarına səs verməyə, eyni zamanda Azərbaycan Respublikasının prezidenti ətrafında sıx birləşməyə və onun siyasətini dəstəkləməyə çağırıram.
Əziz həmvətənlərim! Azərbaycanımızın uğurlu inkişafında Prezident İlham Əliyevin bir yaxın silahdaşı da var. Azərbaycanın Birinci Vitse Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva. Mehriban xanım uzun illərdir ki, təhsil, səhiyyə, mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi diqqətlə yanaşıb, bu istiqamətdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub. Xüsusi vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci Vitse Prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Biz incəsənət adamları da həmişə Mehriban Əliyevadan diqqət, qayğı görmüşük. Ona görə mən sənət dostlarım və bütün incəsənət nümayəndələri adından ona dərin minnətdarlığımı bildirirəm. Bir daha xalqımızı seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına səs verməyə çağırıram. Əminəm ki, ən doğru qərar budur. Belə olan halda xalqımızı firəvan həyat , xoşbəxt gələcək, sülh və əmin amanlıq şəraitində xoşbəxt günlər gözləyir.
Gununsesi.info

Paylaş: