Aşıq Namiqə pul "atan" şəxs: "Ayda 680 manat maaş alırdım"
Tarix: 21-02-2018, 12:50


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Elnur Həsənov ifadə verib. O, özünü təqsirli bilməyib, Rəşad Babayevin yanında fəhlə işlədiyini deyib. E. Həsənov gündəlik 20 manat aldığını, Rəşad Babayevlə dost olduğunu deyib. O, vəkillərin suallarını cavablandıran zaman özünü zərərçəkmiş şəxslərə Eldar kimi təqdim etdiyini təsdiqləyib. 

Rəşad Babayev isə "Best Comp" şirkətində sürücü işlədiyini bildirib: "Ayda 680 manat maaş alırdım".
O, zərərçəkmiş şəxslərdən 41 min manat pul aldığını, onlara 65 min manat pul qaytardığını deyib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.

Paylaş: