Səməd Səmədov: “Cenifer Lopez və Rihanna milyon avro versə duet ifa edərəm”
Tarix: 21-02-2018, 12:34


Xalq artisti Səməd Səmədov həmkarı Tacir Şahmalıoğlunun “5 də 5” verilişində dediyi sözlərə münasibət bildirib.
İndiki zamanda özündən yaxşı ifaçı tanımayan T.Şahmalıoğluna xalq artisti “Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində bunları deyib:
“Hər müğənninin öz publikası var. Tacirin dinləyicilərini mən arxamca apara bilmərəm. O, gözünü açandan toylardadır. Amma mən olan yerdə onların heç birinə ehtiyac yoxdur. Məni daha çox elit təbəqə və şəhər camaatı tələb edir. Oxumaq və toyda çıxış etmək tamam başqa şeylərdir”.
O, bundan sonra duet oxumayacağını da bildirib:
“Duetlərdə padşaham. Amma söz vermişəm ki, daha heç kimlə oxumayacağam. Ancaq Rihanna və Cenifer Lopez milyon avro versə duet ifa edərəm”.
S.Səmədovun açıqlamasından sonra Tarix Əliyev onun dediklərinə münasibət bildirib. O, ifaçını qeyri səmimilikdə günahlandıraraq, adını çəkdiyi dünya ulduzlarının onu heç tanımadığını söyləyib.
Prime-Time

Paylaş: