Tac üstündə başlayan mübahisə bitdi. Tolik və Elnarə barışdı
Tarix: 20-02-2018, 12:23


“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişi bu dəfə də maraqlı məqamlarla yadda qalıb.
Prodüser Tarix Əliyevin aparıcılığı ilə efirə gedən verilişin qonağı Elnarə Xəlilova olub.
Bir neçə gün öncə tac üstündə mübahisə yaşayan T.Əliyev və E.Xəlilova barışdıqlarını bildiriblər.
Tarix Əliyev ifaçını verilişə dəvət edərkən bunları deyib:
“Bu xanım bir az aqressivdir, amma sənəti var. Aramızda bir problem oldu və mən incidim. Mən ona cavab vermədim. Əslində bilirsiniz də mənim dilim necədir”.
Elnarə Xəlilova isə məsələyə son qoymaq istədiyini bildirib:
“Mənim heç kimlə dava etmək kimi bir niyyətim yoxdur. Ola bilər ki, kənardan səhv anlaşılma oldu. İstəyirəm ki, bu mövzuya birdəfəlik nöqtə qoyaq. Bu tac məsələsidir. 2 gün öncə Tolikə zəng vurdum və dedim ki, biz səninlə düşmən deyilik birlikdə çörək kəsmişik. Bir-birimizə ancaq yaxşılıq etmişik. Səninlə dava etmək fikrim yoxdur. Özüdə dəmir parçasına görə heç vaxt bunu etmərəm. Dünya malıdır və dünyada qalacaq.
Mənim bir şey xoşuma gəldi ki, Tolik yoldaşıma zəng vurdu və bu haqda danışdı. Rövşən də məni danladı. Bunu nahaq yerə etdiyimi bildirdi”.
Prime-Time

Paylaş: