“Belə bambılı aparıcı görəndə...”
Tarix: 20-02-2018, 11:55


Müğənni Şəbnəm Tovuzlu ictimai qınağa tuş gəlib
AzNews.az xəbər verir ki, hər şey “Lider” televiziyasının efirində yayımlanan “Evimin qonaqları” verilişində baş verib. Ötən verilişində müğənni Mətanət Əsədovaya 18+ yaşadan aparıcı Sərxan Kərəmoğlu bu dəfə Şəbnəm Tovuzlunu gündəmə gətirib. Verilişin çəkilişi zamanı Sərxan Kərəmoğlu Şəbnəmin üstünə gedərək onun saçlarını sığallayır. Şəbnəmin nə axtarırsız sualına aparıcı “ulduzun başında buynuz olmur” deyə cavab verib.
Onun bu hərəkəti sosial şəbəkə izləyiciləridə hiddət doğurub. Aparıcı ilə yanaşı müğənni Şəbnəm Tovuzlu da qınanılıb. İzləyiciər Şəbnəmə “niyə icazə verirsiniz saçınızı qarışdırmağa” deyə iradlarını bildirib. “Belə bambılı aparıcı görəndə bütün əsəblərim yerindən oynayır, bir az özünüzdə kişilik hiss edin” - deyən izləyicilər aparıcını təhqir edib.
Qeyd edək ki, ötən dəfə "Evimin qonaqları" verilişində aparıcı Sərxan Kərəmoğlu "18+" hərəkətlər edərək müğənni Mətanət Əsədovanı öpüşlərə qərq etmişdi.



Paylaş: