Könül Kərimova: "Qızım ərə gedəndən ona zəng də vurmamışam"
Tarix: 20-02-2018, 11:53


Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova “Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib. 
 
Ailem.az-ın məlumatına görə, müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib: “Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”. 

 
K.Kərimova özünün isə çox ağırxasiyyətli qayınana olacağını söyləyib: “Amma mən özüm çətin qayınana olacağam. Gəlindən əsl gəlinlik tələb edəcəyəm. Gəlin mən deyən gəlin olsa, başımın tacı olacaq. O artıq gəlinin fərasətindən, ağlından asılıdır”.

Paylaş: