Rəqqasə Aygün Zəhra haqda: "O körpənin nə günahı var idi"
Tarix: 6-07-2017, 09:12



Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ulduzumsan.az-ın məlumatına görə, atışma zamanı yaralanan 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 

Hadisəyə sosial şəbəkə istifadəçiləri, eləcə də məşhurlarımız biganə qalmayıblar.

Rəqqasə Aygün Zəhranın fotosunu paylaşaraq yazıb:

“Heç bir ananın gözü yaşlı qalmasın. Allah anasına səbr versin, bu dəhşət nə vaxt bitəcək? Daha nə qədər şəhid verək? O körpənın nə günahı var idi. Dağılsın  ermənistan, talan olsun”.

Paylaş: