Demet Akalının sevgilisini əlindən alan bu məşhur qadın imiş
Tarix: 20-02-2018, 11:18


Boşandığı əri İbrahim Kutulaya görə küsülü olduğu Demet Akalınla bir məkanda üz-üzə gələn Demet Şener illər sonra ilk dəfə məşhur müğənni haqqında danışdı.

BiG.AZ xəbər verir ki, Demek Akalın da bu açıqmadan sonra səssizliyini pozub. Belə ki, restoran çıxışı jurnalistlərin suallarını cavablandıran Şener Akalını görmədiyini deyib: "Onu görsəm bir reaksiyam olmaz. Kiçik bir cəmiyyətdə yaşayırıq, hər kəslə qarşılaşa bilərik. 16 il keçdi üzərindən, həyatda daha önəmli şeylər var. Bir gün varsınız, bir gün yoxsunuz. Bunlar önəmlidir, gerisi hekayədir. Mən çox şey öyrəndim həyatdan".

Demet Akalın isə "Ona təşəkkür edirəm, mən də uşaqlarımla işsiz-gücsüz və dul qala bilərdim" deyib.

VİDEO BURADA​​​

Paylaş: