Elariz: "O verilişə çıxmağıma görə peşman oldum"
Tarix: 19-02-2018, 15:42


Müğənni Elariz Məmmədoğlu Lider TV-də yayımlanan "7 gün” verilişinin qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, müğənni çağırıldığı verilişlərə getmədiyini deyib: "Bu yaxınlarda bir verilişə qatıldım. O verilişə çıxmağıma görə peşman oldum, gəldim evdə dava saldım. Verilişə getməzdən əvvəl evdə soruşdum dedilər yaxşıdır. Sonra dedim ki, niyə məni səviyyəsiz verilişə buraxdız. Verilişin demək olar ki, bütün heyəti ilə dalaşdım.
 
Elariz hətta illər əvvəl yalandan qalmaqal etdiyini deyib: "Şou-biznes təzə yaranan vaxt idi. Produserimlə efirə çıxıb yalandan qalmaqal etdik. Amma bəzi dostlarımız qalmaqalın yalan olduğunu bildi”.

Paylaş: