Nə danışa, nə də yeriyə bilir... - Bəstəkarın xanımı
Tarix: 19-02-2018, 15:07


Tahir bəy yavaş-yavaş hərəkət edir, ayağını tərpədir. Həkimlərimizin səyi nəticəsində vəziyyəti xeyli düzəlib.
Bu sözləri Kult.az-a bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib. Sənətçinin səhhəti barədə danışan Aybəniz xanım bildirib ki, Tahir bəy hələlik nə danışa, nə də yeriyə bilir:
“Lakin əvvəlkinə nisbətən səhhətində xeyli irəliləyiş var. Bu yaxınlarda şəkəri birdən-birə düşdü, bir az halsızlaşdı. Həkimlərin daimi nəzarəti altındadır. Həkimlər deyir, tam sağalması üçün xeyli vaxt lazımdır. Dövlətimiz onun vəziyyətini diqqətdə saxlayır. Ümidvarıq ki, sağlamlığı qısa müddətdə yenidən bərpa olunacaq”.
Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirmişdi və vəziyyəti həddən artıq ağır idi. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Paylaş: