İnsult keçirən bəstəkarın halı yenidən pisləşdi
Tarix: 19-02-2018, 12:29


Bu günlərdə xəstəxanadan evə buraxılan əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti yenidən pisləşib.
Bunu Yenicag.az-a açıqlamasında bəstəkarın xanımı Aybəniz Əkbər bildirib:
“Tahirin səhhətində irəliləyişlər var idi. Amma bir-iki gün əvvəl qəfildən şəkəri düşdü, halı pisləşdi. Yenidən zəiflədi. Sağ olsun həkimlər, onun ayağa qalxması üçün əllərindən gələni edirlər”.
Xanımı bəstəkarın hələ də danışmadığını bildirib: “Zəifləməzdən öncə, Tahirin qolundan tutub ayağa qaldırırdıq. Lakin nitqində yaranan problem hələ də həll olunmayıb. Həkimlər deyir, onun nitqindəki problemlərin aradan qalxması üçün uzun bir zaman lazımdır”.

Paylaş: