“Özüm Füzulidənəm, belə şərəfsizlik olar?” - Zəhradan yazdılar
Tarix: 5-07-2017, 12:12



Ötən gün Ermənistan silahlı qüvvələrinin Füzulininin Alxanlı kəndinə təxribatı zamanı nənə Quliyeva Sahibə və onun 18 aylıq nəvəsi Zəhra Quliyevanən öldürülməsi ölkə gündəmini zəbt edib. 
"Qafqazinfo"nun məlumatına görə, hər kəs sosial şəbəkədə nənə-nəvənin fotosunu paylaşaraq faciəyə qarşı fikirlər səsləndiriblər. Etiraz edənlər sırasında şou –biznesin tanımış simlarına da rast gəlmək mümkündür. 
Xalq artisti Faiq Ağayev “facebook” sosial şəbəkəsində faciə qurbanları ilə bağlı paylaşım edib:
“O məsum 2 yaşlı körpənin soyuqqanlı qətli də sizə dərs olmayacaq. Ermənisevərlik ləlöyünləri, gəbərin! Allah Zəhra Quliyevaya rəhmət eləsin Qisası alınmalıdır dığalardan”.
Əslən Füzulidən olan Günay İbrahimli 18 aylıq Zəhranın öldürülməsinə təəssüfləndiyini bildirib:
“Çox pis oldum, həm də çox. Nənə və nəvənin bu fotosu ürək parçalayandır. Mən özüm bu gərginliyin arasında doğulmuşam, oradakı ab-havanı görmüşəm. Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var. Orada iki nur üzlü insan həmişəlik yuxuya gedib. Başa düşürəm, müharibə şəraitindəyik.

Bəs o 18 aylıq Zəhranın günahı nəydi? Nə vaxta kimi bir parçamızı itirmək qorxusuyla yaşayacağıq? Belə şərəfsizlik olar? Bunun adı faşizmdir. Körpələrə uzadılan əllər qurusun, qırılsın, liymə-liymə olsun. Kişilikdən bixəbərlər, şərəfsizliyi özlərinə sloqan seçən namussuzlar. 18 ay e, 18 aylıq bir uşaq. Ona necə silah çəkmək olar? Bunu bir insan necə edə bilər? Bunu edənlər insanlığa ləkə olan millətcikdilər”.
Əməkdar artist Elza Seyidcahan da Sahibə və Zəhra Quliyevaların fotosunu sosial şəbəkədə yayımlayıb və fikirlərini bölüşüb: 
“Görəsən Allahın lənətindən necə qurtulacaqlar? Bu dinc, məsum insanlara qarşı vəhşilik törədənlər? Allah onlara qadağan etsin, gül nənən-nəvəyə rəhmət diləyirik”.
Əməkdar artist Azərin, teleaparıcılar Lalə Aəzrtaş, Günel Hümbətova və başqaları qətlə yetirilənlərin şəkillərini rəsmi hesablarında paylaşaraq hücumu lənətləyiblər. 

Paylaş: