“Üzüyünü göstərsənə... çox pul verdim”- ALİŞAN
Tarix: 5-07-2017, 11:42



Türkiyəli müğənni Alişan nişanlısı Eda Erol ilə Etilerdə gəzərkən kameralara tuş gəliblər.
Ulduzumsan.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan müxbirlərə qarşısında poza verərkən “üzüyünü göstərsənə çox pul verdim” deyib.
Belə ki, Eda Erol isə müxbirlərə bildirib ki, bu nişan üzüyünün tək daşının qiyməti 150 mindir: “Gəlinlik paltarını məşhur türkiyəli modelyer Hakan Akkay tikəcək. Toyumuzu isə “Əli Sami Yen” stadionunda qeyd etməyi düşünürük” -, deyə sözlərinə əlavə edib.
“Fənərbaxça” futbol klubunun fanatı Alişan isə toyumuzu “Əli Sami Yen” stadionunamı qaldı aşkım? Sən artıq Fənərbaxçalısan. Bax indi ilk dəfə olaraq dalaşcayıq deyə qarşılıq verib.
Xatırladaq ki, iyunun 29-da türkiyəli müğənni Alişan türkiyəli aparıcı Esra Erolun bacısı Eda Erol ilə nişanlanıb.

Paylaş: