Hande Erçel məşhur müğənni ilə bu vəziyyətdə yaxalandı
Tarix: 17-02-2018, 11:25


Bir müddətdir sevgili olduğu deyilən Murad Dalkılıç ilə Hande Erçel ilk dəfə birlikdə görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir aydır görüşən cütlük restoranda yemək yeyib. Məkana ayrı-ayrılıqda gələn ulduzlar beş saat ərzində dostları ilə əyləncəli vaxt keçirib. Yaxınlarına Hande Erçelə "Çox aşiqəm" deyən pop ifaçısı sevgilisinə əlləri ilə yemək yedirib.
Cütlük çıxışda avtomobillərinə minərkən kameraların işıqlarını görəndə şok olub. Paparatsilərə yaxalanan Murad Dalkılıçın əhvalının korlanması diqqətdən qaçmayıb.
Məlumat üçün bildirək ki, Murad Dalkılıç kino aktrisası Merve Boluğurdan 4 ay əvvəl boşanıb.







Paylaş: