Aysel yay tətilini Türkiyə və Yunanıstanda keçirdi - FOTOLAR
Tarix: 5-07-2017, 11:08


Yay fəslinin  qızmar aylarını yaşamağımıza baxmayaraq, teleaparıcı Aysel Nazim artıq yay istirahətini tamamladığını və yeni layihə üzərində çalışdığını  bildirib.

AZXEBER.COM-a açıqlama verən Aysel Nazim 12 günlük istirahətin ona lazımi olan enerjini toplamağa yardımçı olduğunu əlavə etdi:

"Oğlum Hakan ilə Türkiyə və Yunanstan adalarına istirahətdə idim.Türkiyədə  İstanbul, Kocaeli, İzmir, Çeşme kimi gözəl məkanlarda dincəldik. Daha sonra Yunanstana yollandıq. Səfərimizə paytaxt Afinadan başlayıb, Maykonos adası, Santorini və Siros adasına kimi davam etdik. Bir ana üçün oğlu ilə birlikdəistirahət etməkdən gözəl nə ola bilər?  Hər getdiyimiz yer haqda oğluma oranın tarixi haqda məlumat verirdim ki, uşaqlıqdan dünyagörüşlü olsun".

Teleaparıcı yaxın günlərdə yeni layihə ilə tamaşaçıların qarşısına çıxacağını da əlavə etdi:

"Tam enerji ilə işə başlamışam. Artıq yeni verilişimizin povilyonu tam hazırdır. Bundan başqa veriliş üçün Türkiyədə də çəkilişlər olub. İnşallah, növbəti veriliş ilə bu ay tamaşaçıların qarşısına çıxağam".

Qeyd edək ki, Aysel Nazim hazırda "Space" telekanalında Milli Olimpiya Komitəsinin dəstəyi ilə nümayiş olunan "İdman hamı üçün" verilişinin aparıcısıdır.
 

 

 

 

 

 

 


Paylaş: