Reanimasiyalıq olan aktyordan xəbər var
Tarix: 16-02-2018, 10:23


Reanimasiyalıq olan “Yeşilçam” ulduzu Kadir İnanırdan xəbər var.
UlduzumSan.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktyorun hazırda vəziyyəti yaxşıdır. O, hətta palataya köçürülüb.
Bu barədə K.İnanırın həkimi məlumat verib: "Gözəl xəbərləri sizinlə paylaşmaq istəyirəm. Səhər Kadir bəylə söhbətimiz oldu. Artıq reanimasiyada deyil, hətta ayağa da qalxıb".
Qeyd edək ki, Kadir İnanır beyin damarlarında yaranan trompa görə əməliyyat olunub.

Paylaş: