Məşhur cütlük boşanmağa qərar verdi
Tarix: 16-02-2018, 10:15


Neslihan Atagüllə Kadir Doğulunun boşanacağı iddia olunur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-ci ildə nikah masasına oturan Neslihan Atagül və Kadir Doğulunun arasına son zamanlar qara pişik girib.
14 Fevral Sevgililər Günündə heç bir şəkil və təbrik paylaşmayan cütlüyün küsülü olduğu deyilir. Neslihan Atagül və Kadir Doğulunun instaqramda uzun müddətdir birlikdə şəkil paylaşmaması, səssizliyə bürünməsi çıxan iddiaları daha gücləndirib.
Xatırladaq ki, keçən həftə Kadir Doğulunun evə gec gəldiyi bu səbəbdən də həyat yoldaşı Neslihan Atagüllə kəskin mübahisə etdiyi xəbərləri gündəmə gəlmişdi. Ticarət mərkəzindən çıxarkən görüntülənən Neslihan Atagül yayılan xəbərlər haqqında "Mübahisə etdiyimiz doğrudur, ancaq bir az şişirdilib. Münasibətimiz hazırda hər zaman olduğu kimi çox yaxşıdır" demişdi.







Paylaş: