Dünyanın ən yaraşıqlı məhbusu ilə klip çəkdirdi
Tarix: 15-02-2018, 17:03


Rusiyanın məşhur pop ulduzu Olqa Buzova “Wi-Fi” adlı yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin son ekran işi ötən gün “Youtube” səhifəsində yayımlanıb və iki milyona yaxın insan baxıb. 
Aleksey Qolubeyin rejissorluq etdiyi klipdə dünyanın ən yaraşıqlı məhbusu kimi tarixə düşən və modellik etməyə başlayan Jeremy Meeks də rol alıb. 
Qeyd edək ki, 34 yaşlı Meeks qanunsuz silah gəzdirdiyinə görəABŞ-da həbs olunmuşdu. Onun daha sonra həbsxanadan fotoları yayılmış və sosial şəbəkələrdə fenomenə çevrilmişdi. 



Paylaş: