Maral Tahirqızı ailəsindən danışdı
Tarix: 15-02-2018, 17:01


Son dönəmlər sosial şəbəkələrdə fenomenə çevirilən müğənni Maral Tahirqızı ilə bağlı maraqlı faktlar üzə çıxıb. 

Bu barədə BiG.AZ-a danışan müğənni Maral Tahirqızı şəxsi həyatı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Belə ki, o, 16 yaşında ailə qurduğunu və uşağını itirdiyini bildirib: 

"16 yaşında ailə qurdum. Sevdiyim oğlan məni qaçırtdı. Ailəm istəmirdi deyə məni məcbur qaçırtdı. 2 il 3 ay evli qaldım. Evli olduğum müddətdə hamilə qaldım. Lakin uşağım yarımçıq olduğuna görə tələf oldu, biz onu itirdik. Sonradan ayrılıb boşandıq. İndi o Rusiyadadır, orada evlənib. Yenidən onunla əlaqə saxlamaq istəmirəm. Həyatımda bu səbəbdən heç kim yoxdur".

Paylaş: