Vasif Məhərrəmli Elzanı sevdiyini etiraf etdi- "ONU KƏNARDAN SEYR EDƏRDİM"
Tarix: 15-02-2018, 12:28


Əməkdar artist Vasif Məhərrəmli ATV-nin “Səhər- səhər” verilişində maraqlı açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, o, həmkarı əməkdar artist Elza Seyidcahanı vaxtilə sevdiyini bildirib:
“Elzanı sevmişəm. O, tək mənim yox, Azərbaycan Milli Konservatoriyasında oxuyan vaxtlar bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Elza xanım indi gözəldir. Amma o zamanlar daha gözəl idi. Açığı deyim ki, Elza çox ağır xanım idi. İndi bir az şıltaqlığı ola bilər. O zamanlar  biri ilə söhbət etdiyini belə görməmişəm. Ancaq dərsə gəlib gedərdi. Mən də kənardan onu seyr edərdim”.
Vasif Məhərrəmli proqramda Elzaya sevgisini bu yaxınlarda etiraf etdiyini açıqlayıb:
“O vaxt Elzaya sevgim barədə heç nə demədim, bu yaxınlarda sevdiyimi etiraf etmişəm. Çox normal qarşıladı. İndi mən yalan olmuşam. Özü hər yerdə deyir ki, Vasif məni sevir”.

Paylaş: