Nüşabənin əri ilə fotosu yenə tənqid olundu
Tarix: 15-02-2018, 12:20



Əməkdar artist Nüşabə Ələsgərli son günlər həyat yoldaşı ilə tez-tez fotolarını paylaşır.
UlduzumSan.Az-ın məlumatına görə, ötən gün müğənni yenidən əri ilə şəklini "İnstagram" səhifəsində paylaşıb. Nüşabə eyni zamanda həyat yoldaşının 14 Fevral Sevgililər günü münasibətilə onun üçün aldğı hədiyyənin də görüntülərini yayıb.
Sənətçinin paylaşımına yüzlərlə şərh gəlib. İzləyicilərin əkəsriyyəti onu tənqid ediblər və ərinin ondan gənc göründüyünü yazıblar. Bir çoxlarının “Elə bildim oğlunuzdur” sözünə N.Ələsgərli əsəbiləşib. Müğənni izləyicilərinə təhqirlər yazıb.
Nüşabə daha sonra paylaşımını silib.

Paylaş: