Rəqsanə nikah kağızını göstərdi: “Heç kimin ailəsini dağıtmamışam”
Tarix: 15-02-2018, 09:49


Moskvada fəaliyyət göstərən tanınmış müğənni Rəqsanə həmkarı Nadir Qafarzadənin doğum günü məclisinə biznesmen əri Fazil bəylə birgə qatılmışdı.
İfaçının bu görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu. Rəqsanə bütün söz-söhbətlərə son qoymaq üçün nikah kağızını göstərərək, əri ilə tanışlığından söz açıb:
“Əzizlərim bu gün mənim həyat yoldaşımla nikahımızı bağladığımız gündür. Əslində biz çoxdan bərabərik, sadəcə nikaha bir az gec daxil olduq. Bunu paylaşmaqda məqsədim odur ki, dünən dostum Nadir Qafarzadənin ad günündən kiçik görüntü paylaşdım. Saytlar da onu xəbər elədi ki, “Rəqsanə ad gününə həyat yoldaşı ilə birgə gəldi”. Lap yaxşı edib yazmısız, heç bir iradım yoxdur. İnstagramda şərhləri oxuyub dəhşətə gəlirəm. Biz həqiqətən də qılınc müsəlmanıyıq. Bir-birimizə qarşı bu qədər aqressiya, insafsızlıq olarmı?! Bəlkə də bunları yazanlar ən səviyyəsiz, əxlaqsız adamdır”.
Sənətçi heç kimin ailəsini dağıtmadığını iddia edib: “Heç bir qadına qarşı bu hərəkətin olunmasını qəbul da etmirəm. Nə də kiminsə ailəsi ola-ola, ikinci olmaram. Mənim olan mənə aiddir. Yoldaşım məndən öncə rus qadınla ailəli olub və daha sonra ayrılıb. Yəni mən heç kimin ailəsini dağıtmamışam. Halal nikahlı, kəbinli həyat yoldaşımdır. Xoşbəxtliyimi ona borcluyam”.
Prime-Time


 

Paylaş: