Elçin Nazəninin qonağı oldu
Tarix: 14-02-2018, 17:06


“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Elçin Hüseynov olub. İfaçı bildirib ki, konsertə hazırlaşır: “İlk konsertim 2001-2002-ci illərdə olub. Sonra Çingiz Kurtoğlu ilə birgə konsertim oldu. Hələ o zamanlar xaricdən Azərbaycana müğənni dəvət olunmurdu, amma mən 2004-ci ildə Çingiz Kurtoğlunu Azərbaycana gətirmişdim. Ötən il sentyabrın 19-da İranda da gözəl konsertimiz oldu. Bu ayın 22-23-də də İranda konsert olacaq. Bizimlə birgə əməkdar artist Baloğlan Əşrəfov, meyxanaçı Namiq Qaraçuxurlu da olacaq. Bu konsertimin təşkilatçısı isə Yaşar Azərtaşdır. Bu cür konsertlər İranın bir çox şəhərlərində də keçiriləcək.


Paylaş: