Tacir Şahmalıoğlu avtoritet qardaşlara - VİDEOMESAJ GÖNDƏRDİ
Tarix: 14-02-2018, 13:11


Müğənni Tacir Şahmalıoğlu bir neçə gün bundan əvvəl Rusiyanın Kaluqa vilayətindəki həbsxanada doğum gününü qeyd edən azərbaycanlı kriminal avtoritet Bərdəli Dadaşı doğum gününü təbrik edib.
GoldNews.az xəbər verir ki, müğənni birlikdə məhbəs həyatı yaşayan Ruslan və Dadaş qardaşlarına ən xoş arzularını videomesaj vasitəsi ilə çatdırıb.
Həmin videonu sizə təqdim edirik:



Qeyd edək ki, bir müddət əvvəl müğənni Tacir Şahmalıoğlunun illər öncə cinayətkar aləmdə “qanuni oğru” adını almış Masallı Mamed (Məmməd Hüseynov) və Sabirabadlı Hikmətlə (Hikmət Muxtarov) çəkilən fotosu yayılıb.
O, öz açıqlamasında  fotonun 15 il əvvəl çəkildiyini bildirib.
“15 il əvvəl çəkilmiş şəklimi ortaya niyə çıxarırlar, bilmirəm. Mən bəyəm avtoritetəm? Kriminal aləmin adamıyam? Müğənniyəm, toyda oxumuşam. Həmin adamlar da toyda qonaq olublar. Ürəyim istəyib, onlarla birgə şəkil çəkdirmişəm. Burda nə var axı? Buna görə məni öldürməyəcəklər ki? Bəyəm Hikmətlə Mamed balaca adamlar olub? Onlar yaxşı oğlan kimi ad çıxarıblar. Boş-boş söhbətlərlə məni gündəmə gətirmək kimin nəyinə lazımdır? Qoyun oturmuşam yerimdə, sənət adamıyam, sənətimlə məşğulam”.






Paylaş: