Flora Kərimova 30 yaş cavanlaşmasından danışıdı: “Gözümü açdım ki…”
Tarix: 14-02-2018, 11:28


Xalq artisti Flora Kərimova bir gündə 30 yaş cavanlaşıb.
Stilist Anar Ağakişiyev bu dəfə Flora Kərimovanı makiyaj edib və görüntüləri instaqram hesabında paylaşıb. Bu, hər kəsin marağına səbəb olub.
Xalq artisti AzNews.az-a açıqlamasında məşhur stilist Anar Ağakişiyevə onu cavanlıq illərinə qaytardığı üçün təşəkkür edib:
“Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləydirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın icində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona sağ ol deyirəm”.
Flora Kərimova Anar Ağakişiyevi rəssam adlandırdı: “İşinin rəssamıdır. Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz bu insanları qorumalıyıq”.



Paylaş: