Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI
Tarix: 4-07-2017, 12:36


Gününün çoxunu eyş-işrət məclislərində keçirən şou əhlinin həyatı həmişə tamaşaçılar üçün maraqlı olub. Xüsusən də məşhur xanımların şəxsi həyatı, toylardan, məclislərdən sonrakı məşğuliyyəti daima izləyicilərin diqqət mərkəzində olub. Müxtəlif əyləncə məkanlarında içki içib, siqaret çəkən populyar azərbaycanlı xanımların bu halı pərəstişkarları tərəfindən birmənalı qarşılanmasa da, şou aləminin abu-havası bu fikri ikinci plana atıb.

BiG.AZ həmişə baxımlılığı, xüsusilə də ifası ilə diqqət mərkəzində olan məşhur azərbaycanlı xanımların siqaret çəkib içki içən halını əks etdirən görüntülərini təqdim edir:

Siyahıya xalq artisti Nisə Qasımova liderlik edir. Çünki müğənni siqaret çəkdiyini nəinki mətbuatdan, ümumiyyətlə, heç kimdən gizlətmir. Konfranslarda, tədbirlərdə, məclislərdə siqaretlə görüntülənən N.Qasımovanın fotosunu təqdim edirik:

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Müğənni Rəqsanə İsmayılova da zərərli vərdişləri olan məşhur xanımlarımızdandır. Qəlyan çəkməklə görüntülənən müğənni “Heç kim deyə bilməz ki, Rəqsanə siqaret çəkib” açıqlaması ilə gündəmə gəlmişdi. O, həkimin məsləhətindən sonra bu vərdişindən də imtina etdiyini söyləmişdi.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Xalq artisti Aygün Kazımova.
"Diva" da siqaret çəkən məşhur xanımlardandır. İstər mahnılarında, istərsə də kliplərində siqaret çəkdiyini açıq-aşkar göstərən A.Kazımovanın fotosunu təqdim edirik:

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Əməkdar artist Röya Ayxan da siqaret çəkmək kimi zərərli vərdişi olan xanımlardandır. Müğənni siqaret çəkdiyini mediadan gizlətməyə çalışsa da, zaman-zaman siqaretlə görüntülənib.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Naz-qəmzəsi ilə şou-biznesin seçilən xanımlarından olan müğənni Xumar Qədimova da siqaret çəkir. Fotodan da göründüyü kimi müğənni məclislərdə siqaret çəkməklə kifayətlənməyərək tüstüsünü də xüsusi bir zövqlə havaya buraxır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Siqaret çəkən məşhur xanımlarımızdan biri də Emma Ələkbərzadədir. Müğənni də tez-tez tədbirlərdə siqaretlə görüntülənir. 

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Tanınmış bəstəkar Nailə Mirməmmədli də siqaret çəkərkən lentə alınıb. Qeyd edək ki, məşhur xanım sözügedən zərərli vərdişini mətbuatdan gizlətməyə çalışır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Azərbaycanlı gəlin namizəd Naz Mila da zərərli vərdişləri olan məşhurlardandır. O, bir müddət əvvəl sərxoş halda canlı yayıma çıxması ilə gündəmə gəlmişdi. Bundan əlavə, Naz tez-tez əyləncə məkanlarında qəlyan çəkərək videolarını paylaşır.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI



Məşhur prodüser Təranə Səmədova siqarət aludəçiliyindən əlavə həm də içkili halda tutulub. O, bir müddət əvvəl spirtli içki qəbul edərək avtomobil idarə edib və yol polisinin "Saxla" əmrinə tabe olmayıb. 
Nəticədə azərbaycanlı xanım prodüser yol polis əməkdaşları tərəfindən bölməyə aparılıb.


Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

ATV Maqazin verilişinin paparazzi rubrikasında əməkdar artist Kübra Əliyeva da əlində siqaret görüntülənmişdi.

Şou-biznesin siqaret çəkib, içki içən məşhur xanımları - SİYAHI

Bütün bu adlar yalnız kameraya tuş gələnlərdir. Ümumiyyətlə isə, şou aləmində demək olar ki siqaret çəkməyən xanım yoxdur. Sadəcə, onlar bunu cəmiyyət içində etməkdən çəkinirlər.

Paylaş: